Tarixi eniş baş tutdu : NASA robotu Marsa endi – İlk fotolar

avropa.info
Tarixi eniş baş tutdu : NASA robotu Marsa endi – İlk fotolar

6 aydır ki, saatda 19 min km sürətlə irəliləyən NASA robotu  problemsiz bir şəkildə  Marsın səthinə eniş edib.

Avropa.info xəbər verir ki NASA robotu  Qırmızı planetdəki zəlzələləri araşdıracaq və planetin yeraltı geologiyası haqqında elmə məlum olmayan faktları ortaya çıxarmağa çalışacaq.

NASA-dan paylaşılan ilk fotolarda robotun Marsa endiyi görünür.

Şəkidə dəhşətli qəza: sürücü öldü, 5 nəfər ağır yaralandı

Şəkidə ağır yol qəzası baş verib.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib.

Rayonun Bolludərə kənd sakini, 1984-cü il təvəllüdlü Əhmədov Elçin Oqtay oğlu idarə etdiyi “Chevrolet Niva” markalı 99 MG 416 dövlət qeydiyyat nişanlı avtomobillə idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər – Bolludərə kənd sakinləri, 1991-ci il təvəllüdlü Hüseynov İsmayıl Bəhram oğlu, 1988-ci il təvəllüdlü Əhmədova Xəyalə Bəhram qızı, 1977-ci il təvəllüdlü Hüseynova Sevinc Etibar qızı, 1992-ci il təvəllüdlü Əhmədov Elvin Oxvət oğlu, 2009-cu il təvəllüdlü Əhmədli Həmayə Elçin qızı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb.

like laugh surprise sad angry
COPY SUCCESS