Serj Sarkisyanı məhkəməyə verdilər

trend.az
Məqalədə:

Bakı. Trend:

Ermənistanın Gümrü şəhərinin sabiq merinin qohumu Anait İskandaryan ölkənin keçmiş prezidenti Serj Sarkisyanı və hökuməti məhkəməyə verib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, məhkəməyə müraciət S.Sarkisyanın bu il verdiyi amnistiya qərarının etibarsız sayılması ilə əlaqədardır.

Qeyd olunur ki, bu ilin martında S.Sarkisyan Ananit İskandaryanın oğlunun qətli ilə bağlı məhkum olunmuş Arutyun Sarkisyanın əfv olunması barədə qərar vermişdi.

O, 2012-ci ildə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

like laugh surprise sad angry
COPY SUCCESS